23 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvSiyasətSercio Divina: İtaliya və Azərbaycan sıx əməkdaşlıq edir və gələcəkdə də əməkdaşlığı...

Sercio Divina: İtaliya və Azərbaycan sıx əməkdaşlıq edir və gələcəkdə də əməkdaşlığı davam etdirəcək

İtaliya uzun müddətdir ki, Azərbaycanla həm hökumət, həm də qanunverici orqanlar səviyyəsində əla münasibətlər qurub.

Bu barədə İtaliya Asiya İnstitutunun (ISIA) vitse-prezidenti Sercio Divina bildirib.

“Bizim ticarət əlaqələrimiz güclənib və İtaliya, Almaniya ilə birlikdə faktiki olaraq Azərbaycanın Avropa Birliyindəki aparıcı ticarət tərəfdaşlarına çevrilib. İkitərəfli əlaqələr sənaye, kənd təsərrüfatı, mühəndislik kimi sahələrdə uğurla inkişaf edir və bu sahələrdə şirkətlərimiz arasında çox yaxşı qarşılıqlı əlaqələr qurulub,” – deyə o qeyd edib.

Divina, xüsusilə İtaliya üçün milli enerji təhlükəsizliyi baxımından strateji layihə olan Trans-Adriatik qaz kəmərinin (TAP) əhəmiyyətini vurğulayıb.

“Mən düşünürəm ki, biz gələcəkdə də birgə addımlamağa davam edəcəyik, xüsusilə Orta Dəhliz layihəsinin inkişafını nəzərə alaraq, burada həm planlaşdırma, həm də iri layihələrin həyata keçirilməsi baxımından əməkdaşlıq edəcəyik. Beləliklə, İtaliya və Azərbaycan sıx əməkdaşlıq edir və gələcəkdə də bu əməkdaşlığı davam etdirəcək,” – deyə o əlavə edib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər