Azərbaycanda gəmilərdən tullantı və ya digər əşyaların atılmasına görə cərimələr ciddi şəkildə artırılıb.
Daylinews-az.com-a istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, gəmilərdən tullantı və digər əşyaların atılmasına görə tətbiq olunan cərimənin məbləği 30 manatdan 300 manata qədər artırılıb.
Bununla yanaşı, yollara və ya yol qurğularına tullantı atılması və ya nəqliyyat vasitələrindən əşyaların bayıra atılmasına görə cərimələr də artırılıb:
- Fiziki şəxslər üçün cərimə məbləği: 200 manat,
- Vəzifəli şəxslər üçün: 1 000 manat,
- Hüquqi şəxslər üçün: 4 000 manat.
Bu dəyişikliklər ətraf mühitin qorunması və ictimai qaydalara riayət edilməsinin təmin edilməsi məqsədini daşıyır.