EvCəmiyyətAzərbaycanda cərimələrdən biri 10 dəfə artırıldı

Azərbaycanda cərimələrdən biri 10 dəfə artırıldı

Azərbaycanda gəmilərdən tullantı və ya digər əşyaların atılmasına görə cərimələr ciddi şəkildə artırılıb.

Daylinews-az.com-a istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, gəmilərdən tullantı və digər əşyaların atılmasına görə tətbiq olunan cərimənin məbləği 30 manatdan 300 manata qədər artırılıb.

Bununla yanaşı, yollara və ya yol qurğularına tullantı atılması və ya nəqliyyat vasitələrindən əşyaların bayıra atılmasına görə cərimələr də artırılıb:

  • Fiziki şəxslər üçün cərimə məbləği: 200 manat,
  • Vəzifəli şəxslər üçün: 1 000 manat,
  • Hüquqi şəxslər üçün: 4 000 manat.

Bu dəyişikliklər ətraf mühitin qorunması və ictimai qaydalara riayət edilməsinin təmin edilməsi məqsədini daşıyır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər