Kaliforniyada davam edən dağıdıcı meşə yanğınları ABŞ-da böyük fəlakətə səbəb olub.
Daylinews-Az xəbər verir ki, NBC NEWS tərəfindən dron vasitəsilə çəkilmiş görüntülər yanğınların dəhşətli miqyasını göstərir. Bir vaxtlar lüks villalar və yaşıllıqlarla əhatə olunmuş Pacific Palisades rayonu indi kül və tüstü ilə örtülmüş səhra mənzərəsini xatırladır.
Yanğınlar səbəbindən bir çox tanınmış şəxs, o cümlədən aktrisalar Ceymi Li Körtis, Mendi Mur, jurnalist Mari Şrayver və aktyor Mark Hemil öz evlərini tərk etməyə məcbur olublar.
Prezidentdən Fövqəladə Bəyanat
Meşə yanğınları 7 yanvar tarixində Cənubi Kaliforniyanın geniş ərazilərinə yayılıb. Prezident Co Bayden bölgədə “böyük fəlakət rejimi” elan edib. Los-Anceles rəhbərliyi Hollywood ətrafında yerləşən ərazilərin sakinlərinə təcili evakuasiya əmri verib.
Son məlumatlara əsasən, yanğınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.