EvCəmiyyətAzərbaycanda hava kəskin soyuyacaq, bəzi yollarda buzlanma gözlənilir – XƏBƏRDARLIQ

Azərbaycanda hava kəskin soyuyacaq, bəzi yollarda buzlanma gözlənilir – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 6-8 fevral tarixlərində gecə və səhər saatlarında Azərbaycandakı dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Daylinews-Az xəbər verir ki, son günlər davam edən mülayim hava şəraitindən sonra 5 fevral axşamından etibarən ölkənin şərq rayonlarında hava şəraiti dəyişəcək və bu proses 8 fevraladək davam edəcək.

Bu dövrdə ara-sıra yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda qar gözlənilir. Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran və Lənkəran-Astara bölgələrində yağıntılar intensiv xarakter alacaq.

Havanın temperaturu əvvəlki günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər