Gürcüstanın Baş naziri İrakli Kobaxidze USAID-in maliyyə vəsaitlərinin müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda, sabitliyi pozmaq, iğtişaşlar yaratmaq və inqilabları təşkil etmək üçün istifadə edildiyini bildirib.
Daylinews-Az xəbər verir ki, Gürcüstan hökumət başçısı bu barədə Qazaxıstanda jurnalistlərə açıqlama verib.
“Bu gün ABŞ administrasiyası bizim hələ 2023-cü ilin yazında dediklərimizi rəsmi olaraq təsdiqləyir. USAID-in vəsaitlərinin hansı məqsədlərlə istifadə edildiyi əlavə araşdırmalar tələb edir. Biz bu təşkilatın maliyyələşdirilməsinin üç aylıq dayandırılmasını alqışlayırıq və ümid edirik ki, bu qərar qalıcı olacaq. USAID-in Gürcüstanda sabitliyi pozmağa çalışmamasını təmin etmək bizim üçün vacibdir”, – deyə Kobaxidze vurğulayıb.





