EvHadisəQazaxıstanda sanitar aviasiya təyyarəsi sərt eniş edib

Qazaxıstanda sanitar aviasiya təyyarəsi sərt eniş edib

Qazaxıstanda güclü qar fırtınası zamanı sanitar aviasiya təyyarəsi An-2 sərt eniş etməli olub.

Daylinews-Az xəbər verir ki, bu barədə Qostanay vilayəti Fövqəladə Hallar Departamenti məlumat yayıb.

“Bu gün Kostanay – Arkalık marşrutu üzrə uçan sanitar aviasiya təyyarəsi güclü qar fırtınası səbəbindən Arkalık şəhərinin 1.5 km yaxınlığında, hava limanı ərazisində sərt eniş edib”, – deyə məlumatda bildirilib.

Təyyarədə iki pilot və iki həkim olub. Fövqəladə hallar xidməti dərhal hadisə yerinə çataraq bütün sərnişinləri xilas edib. Xəsarət alan yoxdur və hadisənin səbəbləri araşdırılır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər