EvCəmiyyətAzərbaycanda üç övladı olan ailələr üçün sevindirici xəbər

Azərbaycanda üç övladı olan ailələr üçün sevindirici xəbər

Azərbaycanda çoxuşaqlı ailə statusunun beş uşaqdan üç uşağa endirilməsi təklif olunub.

Daylinews-Az xəbər verir ki, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bu təklifin dəfələrlə gündəmə gətirildiyini və hazırda onun həyata keçirilməsi üçün işlər aparıldığını bildirib. Yeni dəyişikliklər ölkənin demoqrafik inkişafı üzrə dövlət proqramına daxil ediləcək.

Deputatın sözlərinə görə, hazırda Azərbaycanda üç uşaqlı 100 000-dən çox ailə var. Əgər çoxuşaqlılıq meyarı dəyişdirilsə, həmin ailələrin övladları sosial müavinət ala biləcək. Qeyd edək ki, hazırda beş və daha çox övladı olan ailələrə hər uşağa görə aylıq 105 manat sosial müavinət ödənilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər