EvİdmanPremyer Liqada VI turun son oyunları keçiriləcək

Premyer Liqada VI turun son oyunları keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasının VI turu keçiriləcək iki qarşılaşma ilə başa çatacaq.

Daylinews-Az xəbərinə görə, ilk oyun “Zirə” və “Neftçi” komandaları arasında olacaq. Zirə İdman Kompleksində baş tutacaq bu qarşılaşma saat 18:00-da start götürəcək və görüşü baş hakim Elçin Məsiyev idarə edəcək.

Günün ikinci matçı isə Bank Respublika Arenada keçiriləcək. “Turan Tovuz” səfərdə “Sabah”la qarşılaşacaq. Bu oyunun başlama vaxtı saat 20:30-dur və oyunun baş hakimi Əliyar Ağayev olacaq.

Azərbaycan Premyer Liqası VI tur

15 sentyabr

  • 18:00: “Zirə” – “Neftçi”
    • Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
    • VAR: Nicat İsmayıllı.
    • AVAR: Kamran Bayramov.
    • Hakim-inspektor: İmanxan Sultani.
    • AFFA nümayəndəsi: Seymur Səlimli.
    • Zirə İdman Kompleksi.
  • 20:30: “Sabah” – “Turan Tovuz”
    • Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
    • VAR: İnqilab Məmmədov.
    • AVAR: Teymur Teymurov.
    • Hakim-inspektor: Ömər Paşayev.
    • AFFA nümayəndəsi: Emin Cəfərov.
    • Bank Respublika Arena.

Xatırladaq ki, bu turun digər oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”i, “Şamaxı” isə “Sumqayıt”ı minimal hesabla məğlub edib. “Qarabağ” isə “Səbail”i 2:1 hesabı ilə üstələyib.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər