EvHadisəİlaxır Çərşənbədə tonqallardan yaranan yanğınların sayı açıqlandı

İlaxır Çərşənbədə tonqallardan yaranan yanğınların sayı açıqlandı

İlaxır Çərşənbə bayramı zamanı tonqalların səbəb olduğu yanğınların sayı müəyyən edilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, 18 mart tarixində bayram tonqallarının düzgün nəzarət olunmaması nəticəsində 19 yanğın hadisəsi baş verib. Hadisələrə operativ müdaxilə edilib və alov qısa müddətdə söndürülərək ciddi fəsadların qarşısı alınıb.

Bakıda tonqaldan xəsarət alanların sayı açıqlandı

İlaxır Çərşənbə günü Bakının bir neçə rayonunda tonqallar səbəbindən müxtəlif dərəcəli xəsarətlər alan uşaqlarla bağlı TƏBİB məlumat yayıb.

Təcili tibbi yardım çağırışları

18 mart saat 19:30-dan etibarən Bakı şəhərinin Xətai, Binəqədi, Suraxanı, Sabunçu və Qaradağ rayonlarından təcili tibbi yardıma altı müraciət daxil olub.

Məlumata görə, 8 yaşlı bir qızın hər iki əli və qarın nahiyəsində termiki yanıq diaqnozu qoyulub və o, Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə yerləşdirilib. Digər üç azyaşlı – 5, 6 və 11 yaşlı oğlanlara isə yüngül yanıq xəsarətləri ilə yerində tibbi yardım göstərilib. Daha iki uşaq isə tibbi yardımdan imtina edib.

Xatırladaq ki, 18 martda Azərbaycanda Novruz bayramından öncə sonuncu çərşənbə – İlaxır Çərşənbə qeyd olunub. Bu gün tonqallar qalanır, bayram ənənələri yerinə yetirilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər