Futbol üzrə Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi artıq dəqiqləşib. Bu, UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin başa çatmasından sonra mümkün olub.
Daylinews-az.com xəbər verir ki, D qrupunda Azərbaycanla yanaşı, daha əvvəl Ukrayna və İslandiya da yer almışdı. Son olaraq qrupa Fransa millisi də əlavə olundu. “Üçrənglilər” 1/4 finalda Xorvatiya üzərində hər iki qarşılaşmada eyni hesabla (2:0) qalib gələrək yarımfinala yüksəldi. Parisdə baş tutan cavab oyununda penaltilər seriyası 5:4 Fransa millisinin xeyrinə başa çatdı və bu nəticə ilə onlar Azərbaycanın rəqibləri sırasına qoşuldular.
Aşağıda Azərbaycan millisinin DÇ-2026 seçmə mərhələsi üzrə tam oyun cədvəli təqdim olunur:
Azərbaycan millisinin DÇ-2026 seçmə oyunları
5 sentyabr 2025
- 22:45 — İslandiya – Azərbaycan
- 22:45 — Ukrayna – Fransa
9 sentyabr 2025
- 20:00 — Azərbaycan – Ukrayna
- 22:45 — Fransa – İslandiya
10 oktyabr 2025
- 22:45 — Fransa – Azərbaycan
- 22:45 — İslandiya – Ukrayna
13 oktyabr 2025
- 22:45 — İslandiya – Fransa
- 22:45 — Ukrayna – Azərbaycan
13 noyabr 2025
- 21:00 — Azərbaycan – İslandiya
- 23:45 — Fransa – Ukrayna
16 noyabr 2025
- 21:00 — Azərbaycan – Fransa
- 21:00 — Ukrayna – İslandiya
Qeyd edək ki, bütün oyunların başlama saatı Bakı vaxtı ilə göstərilmişdir.





