EvİdmanDÇ-2026: Azərbaycan millisinin oyun təqvimi təsdiqləndi

DÇ-2026: Azərbaycan millisinin oyun təqvimi təsdiqləndi

Futbol üzrə Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi artıq dəqiqləşib. Bu, UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin başa çatmasından sonra mümkün olub.

Daylinews-az.com xəbər verir ki, D qrupunda Azərbaycanla yanaşı, daha əvvəl Ukrayna və İslandiya da yer almışdı. Son olaraq qrupa Fransa millisi də əlavə olundu. “Üçrənglilər” 1/4 finalda Xorvatiya üzərində hər iki qarşılaşmada eyni hesabla (2:0) qalib gələrək yarımfinala yüksəldi. Parisdə baş tutan cavab oyununda penaltilər seriyası 5:4 Fransa millisinin xeyrinə başa çatdı və bu nəticə ilə onlar Azərbaycanın rəqibləri sırasına qoşuldular.

Aşağıda Azərbaycan millisinin DÇ-2026 seçmə mərhələsi üzrə tam oyun cədvəli təqdim olunur:

Azərbaycan millisinin DÇ-2026 seçmə oyunları

5 sentyabr 2025

  • 22:45 — İslandiya – Azərbaycan
  • 22:45 — Ukrayna – Fransa

9 sentyabr 2025

  • 20:00 — Azərbaycan – Ukrayna
  • 22:45 — Fransa – İslandiya

10 oktyabr 2025

  • 22:45 — Fransa – Azərbaycan
  • 22:45 — İslandiya – Ukrayna

13 oktyabr 2025

  • 22:45 — İslandiya – Fransa
  • 22:45 — Ukrayna – Azərbaycan

13 noyabr 2025

  • 21:00 — Azərbaycan – İslandiya
  • 23:45 — Fransa – Ukrayna

16 noyabr 2025

  • 21:00 — Azərbaycan – Fransa
  • 21:00 — Ukrayna – İslandiya

Qeyd edək ki, bütün oyunların başlama saatı Bakı vaxtı ilə göstərilmişdir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər