EvİdmanAFFA Kurban Berdıyevə və "Turan Tovuz"a sərt cəza verdi

AFFA Kurban Berdıyevə və “Turan Tovuz”a sərt cəza verdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdıyevi 5 oyunluq diskvalifikasiya edib. Onun bu cəzanın 3 oyununu şərti cəza kimi alacağı bildirilib.

Daylinews-Az-ın məlumatına görə, cəza Premyer Liqanın XXX turunda “Sabah”la oyun zamanı baş verən insidentə görə verilib. Berdıyev həmin görüşdə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimlərə qarşı qeyri-etik davranış sərgiləyib. Nəticədə ona 3 aylıq sınaq müddəti də təyin olunub.

“Turan Tovuz” klubuna da bir sıra maliyyə sanksiyaları tətbiq olunub:

  • Baş məşqçinin davranışına görə 4 000 manat;
  • Komanda oyunçularının dörd sarı vərəqəsinə görə 700 manat;
  • Azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800 manat;
  • Hakimlərə qarşı təhqiredici şüarlara görə 1 000 manat.

Qeyd edək ki, hakimlərə qarşı təhqiredici şüarlar bu mövsüm “Turan Tovuz” azarkeşlərinin 5-ci oxşar pozuntusu olub.

Eyni oyunda qırmızı vərəqə alan “Sabah”ın legioneri Pavol Safranko isə 1 oyunluq cəza alıb. Paytaxt təmsilçisi bu səbəbdən əlavə olaraq 500 manat cərimələnib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər