3 C
Baku
Çərşənbə axşamı, Dekabr 24, 2024
EvSiyasət"Masdar" 2030-cu İlə Qədər Azərbaycanda Elektrik Bazarının Liberallaşacağını Gözləyir

“Masdar” 2030-cu İlə Qədər Azərbaycanda Elektrik Bazarının Liberallaşacağını Gözləyir

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti yaxın 4 il ərzində Azərbaycanda elektrik enerjisi bazarının liberallaşacağını gözləyir. Bu barədə “Masdar Azərbaycan Enerji” MMC-nin meneceri Murad Sadıqov Bakıda keçirilən “yaşıl maliyyə” konfransında çıxışı zamanı məlumat verib.

Sadıqov bildirib ki, Azərbaycan hökuməti üçün bu transformasiya çətin olsa da, elektrik enerjisi sahəsində irəliləyişlər mövcuddur. O, yaxın illərdə enerji tariflərinin liberallaşdırılmasının “yaşıl enerji” sahəsində müsbət təsirlər yaradacağını vurğulayıb. Şirkət Azərbaycanda həyata keçirdiyi ilk “yaşıl enerji” layihəsinin çətin keçdiyini, lakin indi vəziyyətin müsbətə doğru dəyişdiyini qeyd edib.

Sadıqovun sözlərinə görə, Azərbaycan hökuməti enerji infrastrukturunun modernləşdirilməsinə böyük məbləğdə investisiya qoyur ki, bu da “yaşıl enerji”nin istehsal və ötürülməsi üçün vacib olacaq.

O, həmçinin bildirib ki, enerji infrastrukturunun müasirləşdirilməsi və proqram təminatı, müasir texnologiyaların tətbiqi ölkəyə daha çox bərpa olunan enerji əldə etməyə imkan verəcək.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər