Hər gün öz enerjisi və təsiri ilə fərqlənir. Ayın fazaları və onun yerləşməsi yalnız okean axınlarına deyil, həm də insanların emosiyalarına, qərarlarına və uğuruna təsir göstərir. 26 may – 1 iyun həftəsi üçün ay təqviminə əsaslanan tövsiyələrlə tanış olun – bu tövsiyələr sizə səhvlərdən yayınmaq, doğru anda doğru addımlar atmaq və daxili ahəngi qorumaq üçün yardımçı olacaq.
Bazar ertəsi – 26 may
Bu gün mümkün qədər evi tərk etməmək, enerjinizi məişət işlərinə yönəltmək məsləhətdir. İnsanlarla ünsiyyətdə diqqətli olun – dediyiniz bir söz, düşünmədən deyilən fikir qarşı tərəfə dərin təsir edə bilər. Küsülülük və intiqam hisslərindən uzaq durmaq lazımdır – belə düşüncələr bu gün daha güclü təsir edə və mənfi nəticələr doğura bilər.
Çərşənbə axşamı – 27 may
Bu gün əvvəlcədən başladığınız işləri yarımçıq qoymadan tamamlamaq vacibdir. Günün ikinci yarısında yaxın gələcəklə bağlı planlar qurmaq üçün münasib zamandır – bu gün verilən qərarlar tezliklə reallaşacaq. Qidalanmada və emosiyalarda ifrata varmaqdan çəkinin.
Çərşənbə – 28 may
Bu gün başqalarına göstərdiyiniz yardım və diqqət öz mükafatını verəcək – həm mənəvi, həm də həyatınızda gözlənilməz şəkildə. Lakin romantik görüşlər və dostlarla görüşlər çox da uğurlu keçməyəcək – gözləntilərinizi doğrultmaya bilər.
Cümə axşamı – 29 may
Gecə gördüyünüz yuxulara xüsusi diqqət yetirin – onlar çətin vəziyyətlərdə hansı addımı atmalı olduğunuzla bağlı ipucu verə bilər. Əhvalınız pisdirsə, bu enerjini yaxınlarınıza ötürməməyə çalışın – sizi sevdikləri üçün sizə qarşı cavab verməyəcəklər, amma bu, münasibətlərə təsir edə bilər. Əgər bu gün kiminsə sizi aldatdığını və ya illərdir dost saydığınız insanın ikiüzlülüyünü öyrənsəniz – bunu faciəyə çevirməyin. Bu da həyatın bir hissəsidir.
Cümə – 30 may
Günün enerjisi sizdən dəqiq, ölçülüb-biçilmiş qərarlar tələb edir. Təhlükəli improvizasiyalar, plansız addımlar uğursuzluğa səbəb ola bilər. Öz qərarlarınıza şübhə etməyin – bu, enerjinizi alar, sizi zəiflədir və nəticə verməz.
Şənbə – 31 may
Bu gün hadisələrin axarını öz istəyinizə uyğun dəyişməyə çalışmaq mənasızdır – hər şey taleyin planına uyğun gedəcək. Bunun əvəzinə, pozulmuş münasibətləri bərpa etmək üçün ideal gündür – ailə üzvləri, dostlar və ya iş yoldaşları sizinlə barışmağa hazır olacaq.
Bazar – 1 iyun
Bugünkü əsas qayda: nə pis sözlər, nə də mənfi fikirlər olmamalıdır. Əgər bu gün kiməsə qarşı içdən pis bir şey düşünər və ya deyərsinizsə, o, qarşı tərəfə təsir edə bilər – lakin mütləq sizə geri dönəcək.





