Azərbaycan Misli Premyer Liqasının 2024/25 mövsümünə yekun vurulub və mövsümün ən məhsuldar oyunçusu müəyyənləşib. Daylinews-az.com xəbər verir ki, “Qarabağ” klubunun portuqaliyalı yarımmüdafiəçisi Leandro Andrade 15 qolla bombardir olub.
Bu, Andrade üçün Premyer Liqada ilk bombardirlik titulu olsa da, “Qarabağ” üçün bu, tarixdə 10-cu belə haldır. Beləliklə, Ağdam təmsilçisi Azərbaycan çempionatları tarixində ən çox bombardir yetişdirən klub olaraq liderliyini qoruyur.
Dörd mövsümdür dəyişməyən ənənə
Leandro Andrade-nin bu uğuru ilə “Qarabağ” klubu ardıcıl dördüncü mövsümdür ki, Premyer Liqanın ən məhsuldar futbolçusunu yetişdirir. Bu göstərici komandanın hücum potensialının və oyun fəlsəfəsinin davamlılığını əks etdirir.





