Azərbaycanın “Qarabağ” futbol klubu 2025/2026 mövsümündə yeni maliyyə imkanları ilə mübarizə aparacaq. Klub tarixində ən böyük büdcə ilə mövsümə hazırlaşır.
Daylinews-az.com-un məlumatına görə, “Qarabağ” klubunun prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında bildirib: “2025/2026 mövsümündə “Qarabağ”a tarixində ən böyük büdcə ayrılıb. İndiyədək Ağdam təmsilçisinin belə böyük büdcəsi olmayıb.”
Bununla belə, Tahir Gözəl büdcənin dəqiq məbləğini açıqlamayıb, ancaq bu maliyyə dəstəyinin klubun ambisiyalarını dəstəkləyəcəyi vurğulanıb.
Daha əvvəl bildirmişdik ki, “Qarabağ” “Şkendiya” üzərində ikinci qələbəsini qazanıb.





