EvCəmiyyətAzərbaycanda qidadan zəhərlənmələrin əsas səbəbi açıqlandı

Azərbaycanda qidadan zəhərlənmələrin əsas səbəbi açıqlandı

Deputat Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirib ki, Azərbaycanda qidadan baş verən zəhərlənmələrin əsas səbəblərindən biri kustar üsulla istehsal olunan məhsullara yetərli nəzarətin olmamasıdır.

Daylinews-az.com xəbər verir ki, Rzayev qeyd edib ki, bu cür məhsullar zəhərlənmələrə səbəb olur:

Bu məhsulların əksəriyyəti restoran və kafelərə gizli şəkildə tədarük olunur. Zəhərlənmələrin əsas səbəbi odur ki, belə məhsullara nəzarət olunmur. Sahibkarlar məsuliyyətini dərk etməlidirlər ki, bu məhsullar mütləq nəzarətdən keçirilsin və daha sonra restoranlara verilsin”.

Deputat əlavə edib ki, bütün kustar istehsal məhsullarının dövlət tərəfindən alınıb istehlakçıya çatdırılması mümkün deyil:

“Hazırda bazar iqtisadiyyatıdır və o, hər şeyi tənzimləyir. Biz gedib deyə bilmərik ki, sən bal istehsal etmisən və bunu 10 manata satmalısan. Bu zaman çox ciddi problemlər yarana bilər”.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər