Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Araz Supermarket” MMC barəsində istehlakçı hüquqlarının pozulması ilə bağlı inzibati xəta protokolu tərtib edib.
Agentlikdən Daylinews-az.com-a verilən məlumata görə, supermarketdə bəzi ərzaq məhsulları kassada qiymət etiketində göstəriləndən daha baha qiymətə satılıb.
Bu hallar İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (məhsulun dəyəri ilə müqayisədə az miqdarda istehlakçının aldadılması) uyğun olaraq pozuntu kimi qiymətləndirilib və müvafiq hüquqi tədbirlər görülüb.





