Azərbaycan boksçusu dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb
Liverpulda təşkil olunan Dünya Boks Çempionatında Azərbaycan millisinin daha bir üzvü 1/8 final mərhələsinə yüksəlib.
Federasiyadan verilən məlumata görə, Səidcəmşid Cəfərov (75 kq) ilk qarşılaşmasını qələbə ilə başa vurub. O, 1/16 finalda irlandiyalı Qavin Raffertini məğlub edərək bütün üç raundu öz xeyrinə bitirib. Yekun hesab 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) nəticəsi ilə Cəfərovun üstünlüyü ilə qeydə alınıb. Özbəkistan əsilli Azərbaycan boksçusu peşəkar rinqdə 3-0 rekorduna malikdir.
O, növbəti döyüşünü ilk mərhələdən azad olan yaponiyalı Dayqo Sunaqaya qarşı keçirəcək. Qarşılaşma sentyabrın 9-da baş tutacaq. Turnirdə 68 ölkədən 554 idmançı iştirak edir və bu, World Boxing təşkilatının ilk dünya çempionatıdır.





