EvİdmanAzərbaycan idmançıları İslamiadada bu gün beş növdə medal üçün mübarizə aparacaq

Azərbaycan idmançıları İslamiadada bu gün beş növdə medal üçün mübarizə aparacaq

Ər-Riyadda davam edən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan təmsilçiləri beş idman növündə güclərini sınayacaq. İdmançılarımız artıq turnirdə uğurlu çıxışlar nümayiş etdirərək medal sıralamasında altıncı pillədə yer alıb.

Azərbaycan üzgüçüləri – Məryəm Cavadova, Abdurrahman Rüstəmov, Anastasiya Boborıkina, Eqor Maynitskiy, Ramil Vəlizadə, Vlastilina Xasyauova, Mehri Əbdurəhmanlı, həmçinin 2 qız və 2 oğlandan ibarət qarışıq komanda bu gün fərdi və komanda yarışlarında bacarığını göstərəcək.

Stolüstü tennis yığmamız yarımfinal mərhələsində Misir komandası ilə üz-üzə gələcək. Cüdo üzrə milli isə 1/4 finalda Səudiyyə Ərəbistanı ilə vacib qarşılaşmaya çıxacaq.

Ağırlıqqaldırma yarışında Ravin Alməmmədov (79 kq) qrup mərhələsində yarışa başlayacaq.

Boksda isə bu gün dörd idmançımız final görüşünə çıxır: Nərgiz Zeynalova (54 kq) – Ayşen Taşkinlə (Türkiyə), Səidcəmşid Cəfərov (80 kq) – Sultan Osmanlı ilə (Türkiyə), Aynur Mikayılova (57 kq) – Khumorabonu Mamajonova ilə (Özbəkistan), Məhəmmədəli Qasımzadə (60 kq) – Madiyar Daniyarovla (Özbəkistan) döyüşəcək.

Qeyd edək ki, Azərbaycan idmançıları indiyədək İslam Həmrəyliyi Oyunlarında 2 qızıl, 3 gümüş və 12 bürünc olmaqla 17 medal qazanıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər