7 C
Baku
Çərşənbə axşamı, Dekabr 3, 2024
EvİqtisadiyyatAzərbaycan neftinin qiyməti 74 dollardan aşağı düşüb

Azərbaycan neftinin qiyməti 74 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,64 ABŞ dolları, yaxud 2,18 % azalaraq 73,72 ABŞ dollarına enib.

Daylinews-az.com-in məlumatına görə, bu barədə neft bazarındakı mənbə report-a açıqlama verib. Hərracların nəticəsinə əsasən, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti isə 71,83 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycanın cari dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dolları nəzərə alınmaqla hesablanıb.

Xatırladaq ki, “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları səviyyəsində qeydə alınıb, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dollarına çatmışdı. Azərbaycanda neft hasilatı əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda aparılır və bu müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər