EvİdmanQurban Qurbanov və qardaşı rayonda qol vurdu

Qurban Qurbanov və qardaşı rayonda qol vurdu

Tovuz şəhər stadionunda “Turan” və “Kəpəz”in veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.

Daylinews.az xəbər verir ki, məhsuldar keçən oyun 5:5 hesablı heç-heçə ilə nəticələnib. Bu yoldaşlıq görüşü “Turan”ın çempionluğunun və Azərbaycanı ilk dəfə qitə səviyyəli turnirdə təmsil etməsinin 30 illiyinə həsr olunub.

“Turan”ın heyətində Etimad Qurbanov, Musa Qurbanov və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da daxil olmaqla bir neçə futbolçu fərqlənib. “Kəpəz” komandasının heyətində isə Mətləb Məmmədov, Rövşən Əhmədov, Ceyhun Tanrıverdiyev, Kamal Hüseynov və Rəhman Əzizov diqqət mərkəzində olublar.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər