Daylinews-az.com xəbər verir ki, dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü qeyd edərək sosial media hesablarında bu əlamətdar tarixlə bağlı paylaşım yayımlayıb.
Qeyd edək ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ordu quruculuğuna başlanılıb və həmin tarix Azərbaycan Silahlı Qüvvələrinin yaradılma günü kimi qeyd olunur. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövləti bu günü rəsmi olaraq Silahlı Qüvvələr Günü kimi qeyd etməyə başlamışdır.






