EvİqtisadiyyatAzərbaycan yeni Milli Qiymətləndirmə Standartlarının hazırlanması üçün beynəlxalq forum keçirəcək

Azərbaycan yeni Milli Qiymətləndirmə Standartlarının hazırlanması üçün beynəlxalq forum keçirəcək

Noyabrın 29-da Bakıda Azərbaycan Qiymətləndiricilər Palatasının təşkilatçılığı ilə qiymətləndirmə sahəsində beynəlxalq səviyyədə əhəmiyyətli forum təşkil olunacaq. Palatadan bildirilib ki, tədbirdə müxtəlif ölkələrdən qiymətləndirmə palatalarının və cəmiyyətlərinin rəhbər şəxsləri iştirak edəcək.

Forumda Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov, Ankara Universitetinin professoru və beynəlxalq ekspert Harun Tanrıvermiş, Gürcüstan Qiymətləndiricilər Assosiasiyasının prezidenti Nino Beraia, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov və Qazaxıstan Milli Qiymətləndirmə Palatasının rəhbəri Mirzabek Amanbayev mühazirələr verəcəklər.

Tədbirin sonunda beş yeni istiqamətdə beynəlxalq standartlar əsasında milli qiymətləndirmə standartlarının formalaşdırılması, regional əməkdaşlıq imkanları, 2026-2027-ci illər üçün ortaq standart proqramı və “Bakı Bəyannaməsi” layihəsi üzrə dəyirmi masa keçiriləcək.

Bu forumun məqsədi milli qiymətləndirmə standartlarının beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərlə uyğunlaşdırılması və sahədə olan əməkdaşlığın möhkəmləndirilməsidir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər