“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını qarşılayaraq əlavə qatar reysləri təşkil edir. Sentyabrın 27-də Bakı–Ağstafa, sentyabrın 28-də isə Ağstafa–Bakı istiqamətində əlavə qatarlara start veriləcək. Bu barədə “Report” ADY-yə istinadən xəbər verir.
Əlavə reyslərlə yanaşı, Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün hər iki istiqamətdə qatarlar hərəkət edəcək. Sərnişinlər biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi internet səhifəsindən və “ADY Mobile” mobil tətbiqindən əldə edə bilərlər.
Bu əlavə reyslər yol səyahətlərini daha rahat və əlçatan edəcək, sərnişin sıxlığını azaldacaq.





