Polşalı hücumçu Robert Levandovski “Barselona”da vurduğu qolların sayında klubun keçmiş ulduzu Neymarı yaxalayıb. La Liqanın 6-cı turunda “Ovyedo”ya qarşı keçirilən görüşdə fərqlənən 37 yaşlı Levandovski “Barsa”da rəsmi matçlardakı 105-ci qoluna imza atıb və braziliyalı futbolçunun rekordunu təkrarlayıb.
Levandovski Kataloniya təmsilçisində oynamağa 2022-ci ildə başlayıb və müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Neymar isə 2013–2017-ci illər ərzində “Barselona”nın heyətində eyni sayda – 105 qol vurub.
Bu göstərici Levandovskinin klubdakı məhsuldarlığının Neymar səviyyəsinə çatdığını sübut edir və o, “Barsa” tarixində əfsanəvi bombardirlərlə bir sıraya yüksəlib.





