İran ərazisindən keçməklə həyata keçirilən Bakı–Naxçıvan–Bakı avtobus marşrutu yaxın günlərdə fəaliyyətini yenidən bərpa edəcək.
Daylinews-az.com-un xəbərinə görə, bu barədə məlumat Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən verilib.
Məlumata əsasən:
- İyulun 19-dan etibarən Bakı–Naxçıvan istiqamətində,
- İyulun 20-dən isə Naxçıvan–Bakı istiqamətində avtobus reysləri sərnişinlərə əvvəlki qrafik əsasında xidmət göstərəcək.
Qeyd edək ki, Yaxın Şərqdəki gərgin vəziyyət və təhlükəsizlik səbəbindən, bu marşrut üzrə reyslər iyunun 13-dən etibarən müvəqqəti olaraq dayandırılmışdı.





