Hollivud aktyoru Bən Afflekin keçmiş həyat yoldaşı Cennifer Qarner ilə yaxın münasibəti, onun hazırkı sevgilisi, iş adamı Con Miller ilə münasibətlərinə mənfi təsir edib.
Daylinews-Az-ın məlumatına görə, Page Six-ə danışan mənbələr bildiriblər ki, Miller, Qarner və Afflekin son zamanlar həddindən artıq çox vaxt keçirməsindən narahatdır.
“Con, Bən və Cenniferin bir-birilərinə əvvəllər olmadığı qədər güvəndiklərini bilir. Onların dostluğu getdikcə möhkəmlənir və Bən bütün bayramları – Milad, Şükran Günü – onların ailəsi ilə keçirir. Con özünü artıq üçüncü hiss edir,” – deyə mənbə bildirib.
İnsayderin sözlərinə görə, Afflek və Qarner əvvəllər yalnız övladları ilə bağlı məsələləri müzakirə edirdilər, lakin son vaxtlar onlar daha tez-tez danışır və yazışırlar.
“Con qorxmur ki, Cennifer Bənə geri qayıda bilər. Amma onların bu qədər yaxın olmasını görmək çətindir. Hər şey açıq şəkildə göstərir ki, aralarındakı bağ hələ də çox güclüdür,” – deyə mənbə əlavə edib.





