Çinin BYD şirkəti Azərbaycanda elektrobus istehsalına başlayacaq. Sungayit Kimya-Sənaye Parkında həyata keçiriləcək layihə üçün lazım olan infrastruktur artıq hazırdır və yaxın günlərdə istehsal xəttinin qurulması planlaşdırılır.
Daylinews-Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov məlumat verib.
Onun sözlərinə görə, layihənin investisiya dəyəri təxminən 29 milyon manatdır.





