EvSağlamlıqBeyin üçün hansı məhsullar faydalıdır?

Beyin üçün hansı məhsullar faydalıdır?

Səmərəli işləməsi üçün beynimiz təkcə düzgün istirahətə deyil, həm də tamdəyərli qidalanmaya ehtiyac duyur. Baş beynin yaxşı işləməsi üçün onun müxtəlif maddələrə olan ehtiyaclarını bilməli və ödəməliyik – bunu isə düzgün qidalanma sayəsində tamamilə etmək mümkündür. Elə dövrlər olur ki, beyin xüsusilə dəstəyə ehtiyac duyur.

Qışın sonu və yazın əvvəli – məhz elə bir vaxtdır ki, orqanizm bütövlükdə və xüsusən sinir hüceyrələri uzun soyuqlar, günəş çatışmazlığı, vitamin qıtlığı səbəbilə zəifləyir.

Beynimiz üçün ideal menyu nədir? O, beynin işinə müsbət təsir göstərən, psixi pozuntuların, “yaşa bağlı” sapmaların inkişafının qarşısını alan və beyni ən yaxşı formasında saxlayan bir sıra məhsulları əhatə edir.

  • Göyərtilər

Çoxsaylı elmi tədqiqatlar göstərir ki, otlar və yarpaqlı göyərtilər gözəllik və sağlamlıq üçün bir nömrəli məhsullardır. Kələm növləri və demək olar ki, bütün təzə göyərtilər insan orqanizmi üçün ən asan mənimsənilən kalsiumun ən yaxşı mənbələridir, halbuki süd məhsullarından onu əldə etmək xeyli çətindir. Çikaqodakı Raş Universitetinin alimləri 10 il ərzində müxtəlif qida məhsullarının orqanizmə təsirini qiymətləndiriblər. Məlum olub ki, mütəmadi olaraq göyərti yeyən könüllülərin IQ göstəricisi xeyli daha yüksək, ümumi sağlamlıq göstəriciləri isə xeyli daha yaxşı idi.

  • Balıq və dəniz məhsulları

Xüsusən də somon, siyənək, tuna, skumbriya kimi balıq növləri omega-3 doymaz yağ turşularının mənbəyidir; bunlar koqnitiv qabiliyyətləri artırır, diqqət cəmlənməsinə və yaddaşa müsbət təsir göstərir.

  • Zeytun yağı 

Zeytun yağı – bütün bitki yağları arasında ən yaxşısı, güclü antioksidantdır. O, beyin patologiyalarına və təşviş halına aparan iltihabi proseslərin qarşısını alır, beynin işini, yaddaşı yaxşılaşdırır.

  • Qoz-fındıq

Xam qoz-fındıqda və toxumlarda da beyni dərin qocalığa qədər aktiv və sağlam vəziyyətdə saxlayan E vitamini çoxdur. Bəli, qoz-fındıq kalorilidir, lakin çox kiçik porsiya ilə toxluq hissi yaradır. Məsələn, cəmi 20 ədəd badam (bu cəmi 150 kkal-dır) E vitamininin gündəlik normasının 30%-ni, həmçinin çoxlu zülal və dəmir də daxil olmaqla mineralları ehtiva edir.

  • Meyvələr və giləmeyvələr

Qaragilə, böyürtkən, yaban mersini, moruq – ən güclü antioksidant mənbələridir. Onlar beynin qocalmasının qarşısını alır, onun yaxşı qan təchizatını təmin edir, yaddaşı yaxşılaşdırır. Alma, armud, əriklər beyni aktiv saxlamaq üçün lazım olan oksigenlə təmin etməyə kömək edən dəmir ehtiva edir.

  • Qaba üyüdülmüş undan hazırlanmış çörək

Ağ çörəyi qaba üyüdülmüş undan hazırlanan çörəklə əvəz edin və qısa zamanda yaxşılaşmanı hiss edəcəksiniz. Ağ çörək və ya ən yüksək dərəcəli undan və bulkalardan hazırlanan məmulatları yediyimizdə qana çoxlu insulin buraxılır, bundan sonra beyin «sönməyə» başlayır. Ona görə də beyin aktivliyi üçün ən yaxşısı, tam taxıllı məhsullarda və qaba üyüdülmüş undan olan “yavaş” karbohidratları qəbul etməkdir. Beləcə, beyni bütün gün üçün enerji ilə təmin etmiş olarsınız.

  • Kakao və tünd şokolad

Kakao dənələrində qan dövranı və beynin işi üçün faydalı olan flavonoidlər (təbii antioksidantlar) var. Bundan əlavə, az miqdarda kakao və şokolad əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir. Qeyd: bu, yalnız kakao tərkibli tünd şokolada aiddir, çünki ağ şokoladda kakao yoxdur.

Bunlar, əlbəttə ki, beyin üçün faydalı məhsulların hamısı deyil, lakin alimlər onları prinsip etibarilə vacib hesab edirlər – təkcə beynin işi üçün deyil, ümumilikdə sağlamlıq üçün də.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər