EvŞou-biznesBritni Spirs sərxoş halda avtomobil idarə etdiyinə görə saxlanılıb

Britni Spirs sərxoş halda avtomobil idarə etdiyinə görə saxlanılıb

Amerikalı pop ulduz Britni Spirs Kaliforniyanın Ventura dairəsində sərxoş vəziyyətdə avtomobil idarə etməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Bu barədə TMZ hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə martın 4-də axşam saatlarında baş verib. Bildirilir ki, müğənni yerli vaxtla təxminən saat 21:30 radələrində Kaliforniya Yol Polisi tərəfindən saxlanılıb. İlkin məlumatlara əsasən, o, sərxoş vəziyyətdə avtomobil idarə etməkdə şübhəli bilinib.

Pop ulduz qısa müddət sonra sərbəst buraxılıb. Hələlik rəsmi ittihamların irəli sürülüb-sürülmədiyi və ya məhkəmə tarixinin təyin edilib-edilmədiyi barədə məlumat açıqlanmayıb.

Müğənninin nümayəndələri hadisə ilə bağlı hələ rəsmi açıqlama verməyiblər. Xarici media məsələ ilə bağlı onun komandasının mövqeyini gözləyir.

Britni Spirs son illərdə tez-tez gündəmdədir

Britni Spirs son illərdə həm şəxsi həyatı, həm də karyerası ilə bağlı xəbərlərlə tez-tez medianın diqqət mərkəzində olub. Xüsusilə qəyyumluq prosesi və hüquqi mübahisələr dünya mətbuatında geniş müzakirə edilmişdi.

Bundan əlavə, 2025-ci ilin sonunda müğənni bütün musiqi kataloqunun hüquqlarını müstəqil nəşriyyat şirkəti Primary Wave-ə satmışdı. Qeyri-rəsmi məlumatlara görə, müqavilənin dəyəri təxminən 200 milyon dollar təşkil edib.

Britni Spirs daha əvvəl ABŞ-da böyük səhnələrə qayıtmaq planının olmadığını da açıqlamışdı. O, bu qərarını şəxsi səbəblərlə əlaqələndirmişdi.

Hazırkı hadisə ilə bağlı isə əlavə detalların yaxın günlərdə açıqlanacağı gözlənilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər