“daylinews-az.com”in məlumatına əsasən, ötən gün Azərbaycan neftinin 1 barelinin qiyməti 3,41 ABŞ dolları və ya 4,13% artaraq 82,58 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, bir gün əvvəl bu markalı neftin qiyməti 79,17 ABŞ dolları idi.
Xatırladaq ki, 2025-ci il üçün qəbul olunmuş dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 bareli üçün orta qiymət 70 ABŞ dolları səviyyəsində götürülüb.





