Azərbaycan qadın idman gimnastikası üzrə milli komandasının üzvləri Yunanıstanın Saloniki şəhərində keçirilən “Horizon Cup” beynəlxalq yarışında fərdi proqramda yüksək nəticələr əldə ediblər.
Daylinews-az.com xəbər verir ki, Gimnastika Federasiyasının mətbuat xidmətinə əsasən, idmançılarımız ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Medal qazanan gimnastlarımız:
- Leyla Məmədzadə – qızıl (çöxnövçülük, sərbəst hərəkətlər)
- Dəniz Əliyeva – qızıl (çöxnövçülük, gimnastika tiri), bürünc (sərbəst hərəkətlər)
- Aynaz Məcidzadə – qızıl (gimnastika tiri), gümüş (çöxnövçülük, sərbəst hərəkətlər)
- Aytən Məmmədova – qızıl (sərbəst hərəkətlər), bürünc (çöxnövçülük)
Qeyd edək ki, “Horizon Cup” turniri noyabrın 8-dən 10-dək keçirilmişdir.