Azərbaycan milli komandasının futbolçuları – Mahir Emreli, Toral Bayramov və Bəhlul Mustafazadə azarkeşlərlə görüş keçirəcək.
Daylinews-az.com xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Görüş Millətlər Liqasında Estoniya ilə qarşılaşmadan əvvəl, Qəbələ şəhərində təşkil olunacaq. Futbolçular görüş zamanı azarkeşlərə avtoqraf verəcək və onların suallarını cavablandıracaq.
Tədbir noyabrın 12-də saat 16:30-da “Gabala Garden Hotel”də baş tutacaq.