Azərbaycanın Xalq artisti Emin Ağalarov (EMİN) və məşhur ifaçı Jony tərəfindən səsləndirilən “Kamin” adlı mahnı “Shazam” musiqi platformasında dünyanın ən çox axtarılan hitləri sırasında ilk üçlüyə daxil olub.
Daylinews-az.comun məlumatına görə, bu barədə informasiyanı “Shazam”ın rəsmi saytı yayımlayıb.
Reytinqə əsasən:
- Birinci pillədə amerikalı müğənni Aleks Uorrensin “Ordinary” mahnısı yer alır.
- İkinci yerdə MOLIY, Silent Addy, Skillibeng və Shenseea tərəfindən ifa olunan “Shake It To The Max (FLY)” adlı mahnı qərarlaşıb.
- Üçüncü sırada isə EMİN və Jonynin ifasında səslənən “Kamin” treki qərarlaşıb.
Qeyd edək ki, “Shazam”ın TOP-200 siyahısının tam versiyası ilə təqdim olunan keçid vasitəsilə tanış olmaq mümkündür.






