EvCəmiyyətKristian Dior Azərbaycanda Şirkətini Ləğv Etdi

Kristian Dior Azərbaycanda Şirkətini Ləğv Etdi

Məşhur geyim brendi Christian Dior Couture, Azərbaycanda fəaliyyət göstərən şirkətini ləğv edib.

Daylinews-az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, “Christian Dior Couture Azərbaycan” MMC ləğv prosesinə başlayıb. Kreditorlar öz tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 105 ünvanına iki ay ərzində təqdim edə bilərlər.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda dövlət qeydiyyatına alınmış şirkətin qanuni təmsilçisi Vinsent Simon Pier Bernarddır. Şirkətin nizamnamə kapitalı 4 milyon 350 min avro təşkil edir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər