EvDünyaMicrosoft-un rəhbəri Satya Nadella dünyanın ən yaxşı CEO-su seçildi

Microsoft-un rəhbəri Satya Nadella dünyanın ən yaxşı CEO-su seçildi

Brand Finance tərəfindən hazırlanan dünyanın ən yaxşı 100 CEO-su reytinqində Microsoft-un baş icraçı direktoru Satya Nadella birinci yerə layiq görülüb.

İkinci yerdə Apple-ın rəhbəri Tim Kuk qərarlaşıb. Xatırladaq ki, Apple 574.5 milyard dollar dəyəri ilə dünyanın ən bahalı brendi seçilib, Microsoft isə 461.1 milyard dollarlıq göstərici ilə ikinci yerdə yer alıb.

Ən yaxşı beşlikdə Nvidia-nın CEO-su Censen Huan, Ferrari-nin rəhbəri Benedetto Viña və Google-un (Alphabet Inc.) icraçı direktoru Sundar Pichai də yer alıb.

İlon Mask siyahıda altıncı yeri tutub, onun Tesla şirkətinin brend dəyəri ötən il 15% azalıb. Ötən il reytinqə liderlik edən Tencent-in baş icraçı direktoru Ma Huateng isə bu dəfə 24-cü pilləyə geriləyib. Siyahıda cəmi yeddi qadın CEO yer alıb. Onlardan ən yüksək göstəricini Chanel-in baş direktoru Lina Nayr əldə edib və o, 19-cu sırada qərarlaşıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər