Bu gün futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi vəzifəsinə kimin təyin olunacağı açıqlanacaq. Əldə etdiyi məlumata əsasən, seçimin Ayxan Abbasovun üzərində dayandırılması gözlənilir.
Ayxan Abbasov artıq milli komandanı tanıyır və daha əvvəl DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmada yığmaya rəhbərlik edib. O, hazırda həm “Şamaxı” klubunun, həm də U-21 yığmasının baş məşqçisi funksiyasını icra edir.
Bununla yanaşı, federasiyanın verdiyi qərar Azərbaycan futbolunda yeni mərhələnin başlanğıcı hesab olunur və Abbasovun təcrübəsinin millinin nəticələrinə müsbət təsir göstərəcəyi ümid olunur.





