Evİdman"Mingəçevir reqatası-2024" başlayır

“Mingəçevir reqatası-2024” başlayır

Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası-2024” start götürür.

Daylinews-az.com-ın məlumatına görə, Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq yarışda 12 ölkədən təxminən 100 idmançı gücünü sınayacaq.

Füzuli şəhərinin işğaldan azad olunması günü münasibətilə oktyabrın 17-də Füzulidə Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi təşkil olunacaq.

Reqatada Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər də iştirak edəcəklər.

Qeyd edək ki, oktyabrın 18-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində reqatanın final yarışları və bağlanış mərasimi keçiriləcək.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər