EvİdmanMisir tarix yazdı, Kolumbiya və Argentina da növbəti mərhələyə yüksəldi

Misir tarix yazdı, Kolumbiya və Argentina da növbəti mərhələyə yüksəldi

Arlinqtonda keçirilən görüş tempə yüksək başlayan Misirin üstünlüyü ilə yadda qaldı. Komanda 13-cü dəqiqədə İmam Aşurun dəqiq zərbəsi sayəsində hesabda önə keçdi. Fasilədən sonra Avstraliya standart vəziyyətdən sonra Məhəmməd Haninin avtoqolu ilə bərabərliyi bərpa etdi.

Qalan dəqiqələrdə və əlavə vaxtda qalib müəyyənləşmədi. Penaltilər seriyasında isə Misir futbolçuları maksimum dəqiqlik nümayiş etdirdilər. Avstraliya iki zərbəni boşa verdiyi halda, Afrika təmsilçisi bütün cərimə zərbələrini qola çevirdi və dünya çempionatlarının pley-off mərhələsində tarixində ilk qələbəsini qazandı.

Avstraliya – Misir – 1:1 (pen. 2:4)

Kolumbiyaya bir qol kifayət etdi

Misir tarix yazdı, Kolumbiya və Argentina da növbəti mərhələyə yüksəldi

Kanzas-Sitidə baş tutan qarşılaşmada Kolumbiya Qana üzərində minimal hesablı qələbə qazanaraq adını 1/8 finala yazdırdı. Oyunun taleyini erkən vurulan qol həll etdi. 14-cü dəqiqədə Luis Suaresin məhsuldar ötürməsini Con Arias dəqiq tamamladı.

Qalan müddətdə Qana hesabı bərabərləşdirməyə çalışsa da, Kolumbiya müdafiədə inamlı çıxış etdi və üstünlüyünü sona qədər qorumağı bacardı. Cənubi Amerika təmsilçisi növbəti mərhələdə İsveçrə ilə üz-üzə gələcək.

Kolumbiya – Qana – 1:0

Argentina əlavə vaxtda müqaviməti qırdı

Misir tarix yazdı, Kolumbiya və Argentina da növbəti mərhələyə yüksəldi

Son dünya çempionu Argentina Kabo-Verde ilə matçda gözlənilməz müqavimətlə üzləşdi. İlk hissədə Lionel Messi hesabı açsa da, ikinci yarıda Deroy Duarte tarazlığı bərpa etdi və qarşılaşma əlavə vaxta daşındı.

Əlavə vaxtın əvvəlində Lisandro Martines argentinalıları yenidən irəli çıxardı. Lakin Kabo-Verde təslim olmadı və Sidni Lopes Kabral ikinci dəfə hesabı bərabərləşdirdi. Oyunun taleyini 111-ci dəqiqədə qeydə alınan avtoqol həll etdi. Messinin künc zərbəsindən sonra Kristian Romeronun başla vurduğu top Diney Borqeşə toxunaraq qapıya daxil oldu və Argentina dramatik qələbə ilə 1/8 finala yüksəldi.

Növbəti mərhələdə Argentina Misirlə qarşılaşacaq.

Argentina – Kabo-Verde – 3:2 (əlavə vaxt)

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər