Azərbaycan Misli Premyer Liqasının XXVIII turunda ümumilikdə 18 qol vurulub. Bu göstərici 2025-ci ilin indiyədək ən məhsuldar turu olaraq qeyd alınıb.
Daylinews-az-ın məlumatına görə, turun ən çox qolla yadda qalan qarşılaşması “Sumqayıt” – “Sabah” oyunu olub (3:3). “Turan Tovuz” – “Qarabağ” matçında 5 qol (1:4), “Zirə” – “Şamaxı” görüşündə isə 3 qol (3:0) qeydə alınıb.
Digər iki qarşılaşma – “Neftçi” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Səbail” matçları isə eyni hesabla başa çatıb – 1:1. Turun orta məhsuldarlıq göstəricisi 3,60 qol olub ki, bu da mövsümün ikinci ən yüksək göstəricisidir. Daha əvvəl 10-cu turda da 18 qol vurulmuşdu. Mövsüm rekorduna isə 8-ci tur sahibdir – həmin turda 19 dəfə top qapıdan keçib.
Beləliklə, XXVIII tur 2024/2025 mövsümünün ən məhsuldar turlarından biri olmaqla yanaşı, cari ilin də ən yüksək qol sayını qeydə alan turu oldu.





