2025-ci ilin Nobel Sülh Mükafatı Venesuelanın müxalifət lideri Maria Korina Maçadoya verilib. Norveç Nobel Komitəsinin oktyabrın 10-da açıqladığı qərara görə, mükafat bu il üçün ən çox münaqişə və humanitar problemlərə qarşı mübarizə aparan şəxsə təqdim olunub.
Xəbər verir ki, Maria Maçadoya uzun illər Venesuela rejiminə qarşı mübarizədə ön cəbhədə yer alan, cəsarətli və prinsipli bir siyasətçi kimi tanınır. O, 2024-cü ilin prezident seçkilərində iştirak etmək hüququndan məhrum edilib və diktator Nikolas Maduro rejiminin məkrli siyasətləri ilə mübarizədə ön planda olub. Maçadoyanın dəstəklədiyi namizəd, diplomat Edmundo Qonzalez, seçkilərdə fərqli nəticələr əldə etsə də, Maduro saxta seçki nəticələri ilə özünü yenidən prezident elan edib.
Seçkilərdən sonra keçirilən etirazlarda Maçadoya oğurlanaraq bir müddət girov saxlanılıb və təhlükəsizlik məsələləri ilə üz-üzə qalıb. Bu hadisələr onun beynəlxalq səviyyədə hüquq və demokratiya uğrunda apardığı mübarizəyə böyük dəstək verib.
Bundan başqa, ABŞ-ın ötən ilin sonlarından etibarən Nikolas Maduronu narkoterrorizm və qanunsuz narkotik çatdırılmasında ittiham etməsi ilə onun barəsindəki təqiblər daha da güclənib. ABŞ hökuməti Maduroyu “Günəş karteli” adı verilən qanunsuz narkotik şəbəkəsinin lideri kimi təqdim edir və onun 50 milyon dollar məbləğində mükafat müəyyən edib. ABŞ donanması isə son aylarda Karib dənizində narkotik daşıyan gəmilərə qarşı zərbələr endirməkdə davam edir.
Qeyd edək ki, əvvəlcə 2025-ci ilin Nobel Sülh Mükafatına ən güclü namizəd ABŞ Prezidenti Donald Tramp hesab olunurdu, lakin Norveç Nobel Komitəsi bu il üçün fərqli bir qərar vermişdir.





