11 C
Baku
Çərşənbə, Dekabr 4, 2024
EvSiyasətÖzbəkistan Bakıda keçirilən COP29 çərçivəsində milli pavilyonunu təqdim edir

Özbəkistan Bakıda keçirilən COP29 çərçivəsində milli pavilyonunu təqdim edir

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Özbəkistan öz ölkəsinin unikal mədəniyyəti, tarixi və təbiətini əks etdirən milli pavilyonunu təqdim edir.

Daylinews-az.com-in “Report”a istinadən verdiyi məlumata görə, pavilyon Ekologiya Nazirliyinin mətbuat xidməti tərəfindən tanıdılıb. Bu pavilyon Özbəkistanın iqlim şəraitinə uyğunlaşdırılmış, davamlı və ənənəvi materiallardan, qədim metodlara əsaslanaraq tikilib.

Özbək memarlığının simvolu olan bu pavilyon ənənəvi özbək həyəti “xovli” konsepsiyasına əsaslanır. Yaşıllıq və üzüm tənəkləri ilə əhatə olunan bu məkan insan və təbiətin harmonik birgəyaşayışını simvolizə edir.

Qeyd edək ki, COP29 konfransı 11-22 noyabr tarixlərində keçiriləcək. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də tədbirlərdə iştirak edəcək.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər