“Pari Sen-Jermen”in baş məşqçisi Luis Enrike icarədən dönən bir neçə tanınmış futbolçunun əsas komandaya qaytarılmayacağına qərar verib.
Ok Diario portalının məlumatına görə, İspaniya millisinin üzvləri Marko Asensio, Karlos Soler, eləcə də slovakiyalı müdafiəçi Milan Şkrinyar artıq PSJ-nin planlarında yer almır və hazırda ehtiyat komandada fərdi hazırlıq keçirlər.
Luis Enrikenin bu addımı həmin oyunçuların satışa çıxarılması ilə bağlı gözləntilərlə izah olunur. Onların əsas heyətdən kənarda, daha az intensivlikli məşqlərlə kifayətlənməsi isə zədə riskini azaltmaqla, mümkün transferləri əngəlləməməyə xidmət edir.
Hazırda futbolçuların yeni klublarla danışıqları da davam edir:
- Karlos Soler İspaniyanın “Vilyarreal” klubuna keçməyə yaxındır.
- Marko Asensio və Milan Şkrinyar isə Türkiyənin “Fənərbağça” klubu ilə ciddi şəkildə əlaqələndirilirlər.
Futbolçuların ötən mövsümdəki çıxışları belə olub:
- 28 yaşlı Soler İngiltərənin “Vest Hem” klubunda icarədə oynayıb
- 29 yaşlı Asensio “Aston Villa” forması geyinib
- 30 yaşlı Şkrinyar isə artıq bir mövsümü Fənərbağça”da keçirib
Qeyd edək ki, hazırda PSJ klubu 1xBet sponsorluğu ilə fəaliyyət göstərir.





