Misirin Şarm əl-Şeyx hava limanında reklam lövhəsinin uçması nəticəsində iki sərnişin xəsarət alıb, onlardan biri həyatını itirib. Bu barədə məlumatı Daylinews-az.com Telegram-kanal Masha istinadən yayıb.
Hadisə Astana reysinə minik zamanı baş verib. Qəfil uçan lövhə iki qadının üstünə düşüb.
Verilən məlumata görə, zərərçəkənlər hər ikisi Qazaxıstan vətəndaşıdır. Onlardan biri aldığı xəsarətlərdən hadisə yerində ölüb, digəri isə ciddi kəsik xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları və təhlükəsizlik tədbirləri ilə bağlı araşdırma aparılır.





