Gələn mövsüm UEFA Çempionlar Liqasının ümumi mərhələsində ümumilikdə 36 komanda iştirak edəcək. Bu yerlərdən 29-u birbaşa vəsiqə ilə, yerdə qalan 7-si isə yay aylarında keçiriləcək təsnifat mərhələsində müəyyən olunacaq.
Daylinews-az.com-un Euro-Futbol-a istinadən verdiyi məlumata görə, artıq birbaşa vəsiqə qazanan 29 klubdan 20-nin adı açıqlanıb.
Çempionlar Liqasına birbaşa vəsiqə qazanan komandalar (20 klub):
İngiltərə:
– Liverpool
İtaliya:
– Napoli
– Inter
– Atalanta
İspaniya:
– Barcelona
– Real Madrid
– Atlético Madrid
– Athletic Bilbao
Almaniya:
– Bayern München
– Bayer Leverkusen
– Eintracht Frankfurt
– Borussia Dortmund
Fransa:
– PSG
– Marseille
– Monaco
Niderland:
– PSV Eindhoven
– Ajax
Portuqaliya:
– Sporting
Çexiya:
– Slavia Praha
Yunanıstan:
– Olympiakos
Qalan 9 birbaşa iştirakçı və 7 təsnifat qalibi yaxın həftələrdə müəyyən olunacaq. Yeni format üzrə keçiriləcək 2025/26 mövsümü Çempionlar Liqası tarixində ən geniş iştiraklı turnirlərdən biri olacaq.





