“Qarabağ” UEFA Avropa Liqasında Liqa mərhələsinin IV turunda növbəti oyununa çıxaraq ilk qələbəsini qazanıb.
Daylinews-az.com xəbər verir ki, Azərbaycan təmsilçisi Norveçdə “Aspmira” stadionunda baş tutan görüşdə “Budyo Qlimt”i 2:1 hesabı ilə məğlub edib. Qurban Qurbanovun komandası bu nəticə ilə həm turnir cədvəlində sonuncu yerdən qurtulub, həm də pley-off mərhələsinə yüksəlmək ümidlərini qoruyub saxlayıb.
Bu oyundan əvvəl “Qarabağ” “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 və “Ayaks”a 0:3 hesabı ilə məğlub olmuşdu. Bu dəfə isə “Budyo Qlimt” üzərindəki qələbə komandaya ilk xallarını gətirib.
Növbəti turda “Qarabağ” Bakıda Fransa təmsilçisi “Olimpik Lion”la qarşılaşacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi, IV tur
7 noyabr
“Budyo Qlimt” – “Qarabağ” 1:2
Qollar:
- Berq, 41 (1:1)
- Toral Bayramov, 23 (0:1)
- Abdullah Zubir, 69 (1:2)
Hakimlər: Luis Qodinyu, Rui Teixeyra, Pedru Almeyda, Andre Narkiso (Portuqaliya)
Hakim-inspektor: Ante Vuçemiloviç (Xorvatiya)
UEFA nümayəndəsi: Tammo Beyshuyzen (Niderland)
Stadion: “Aspmira”
Komanda heyətləri:
“Budyo Qlimt”: 12. Haykin, 20. Syovold, 2. Nielsen, 4. Byortuft, 15. Byorkan, 26. Evyen, 7. Berq (k), 14. Saltnes, 77. Zikernaqel, 94. Mikkelsen, 23. Hauqe.
Ehtiyat oyunçular: 44. Bryöndbü, 5. Venbanqomo, 6. Qundersen, 8. Auklend, 11. Espeyord, 19. Fet, 21. Helmersen, 25. Maatta, 27. Syorli, 29. Tomiç, 30. Sorensen, 99. Juqen.
Baş məşqçi: Hyetil Knutsen.
“Qarabağ”: 99. Mateuş Koxalski, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 66. Patrik Andrade, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir, 11. Emmanuel Addai, 18. Juninyo.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 2. Mateus Silva, 7. Yassin Benzia, 13. Bəhlul Mustafazadə, 15. Lenadro Andrade, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 29. Marko Veşoviç.
Baş məşqçi: Qurban Qurbanov.