Fransa Daxili İşlər Nazirliyi həmkarlar ittifaqları tərəfindən təşkil edilən oktyabrın 2-dəki mitinqlərdə iştirakın avqustun 18-də keçirilən ümummilli nümayiş və tətil gününə görə azalacağını proqnozlaşdırır. Bu məlumatı “Le Figaro” qəzetinə istinadla yayıb.
Hakimiyyət orqanları bildiriblər ki, bu dəfə etirazçılar sayı 400 min nəfəri keçməyəcək. Sentyabrın ortalarında keçirilən mitinqlərdə rəsmi mənbələr iştirakçı sayını 500 min kimi göstərsə də, həmkarlar ittifaqları bu rəqəmin 1 milyona çatdığını iddia etmişdi.
Etirazların qarşısını almaq üçün 80 mindən çox təhlükəsizlik əməkdaşı səfərbər olunub. Həmkarlar ittifaqları hökumətdən əvvəlki kabinetin büdcə layihəsinin ləğvini və pensiya, sosial müavinətlərin, dövlət sektorunda maaşların 1 il müddətinə dondurulması planlarından imtina etməsini tələb edir. Bundan başqa, 3 min dövlət qulluqçusunun işdən çıxarılması, işsizlik ödənişlərinin islahatı və pensiya yaşının 64-ə qaldırılmasına da etiraz edilir.





