EvSiyasətTramp: “Putin nə etdiyini bilmir – Ukraynanı tam ələ keçirmək istəyir və...

Tramp: “Putin nə etdiyini bilmir – Ukraynanı tam ələ keçirmək istəyir və bu, Rusiyanın süqutuna səbəb olacaq”

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı artan hücumları fonunda Moskva ilə bağlı sanksiyaların sərtləşdirilməsini gündəmə gətirib. Bu barədə Tramp 25 may tarixində Nyu-Cersi ştatının Morristaun hava limanında Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verərkən danışıb. Onun çıxışı “Sky News” kanalı tərəfindən yayımlanıb.

“Putin raket atır, insanları öldürür – bu məni dəhşətə gətirir”

Tramp Rusiya prezidenti Vladimir Putinin davranışlarından narazılığını açıq şəkildə ifadə edib: “O çoxlu insanı öldürür. Putinə nə olub, heç bir fikrim yoxdur. Mən onu uzun illərdir tanıyıram, əvvəllər münasibətlərimiz normal idi. Amma indi o, şəhərlərə raket atır, dinc sakinləri öldürür. Bu, məni heç cür qane etmir. Biz hazırda danışıqlar prosesindəyik, amma o, Kiyevə və digər şəhərlərə raket göndərməyə davam edir.

Tramp vurğulayıb ki, baş verənlərdən “heç də razı deyil” və bu vəziyyətin davam edə bilməyəcəyini bildirib. Sanksiyalarla bağlı suala cavabında o, belə deyib: “Əlbəttə (sanksiyaların gücləndirilməsi mümkün ola bilər). O, çoxlu insan öldürür. Mən bilmirəm, onunla nə baş verib. Nə cürsə, bu adam artıq özündə deyil!

“O, tamamilə dəli olub – Ukraynanın hamısını istəyir”

Daha sonra Tramp “Truth Social” platformasında mövzu ilə bağlı paylaşım edərək Putinin tamamilə dəyişdiyini bildirib: “O, tamamilə dəli olub! Heç bir səbəb olmadan insanları öldürür, söhbət təkcə əsgərlərdən getmir. Raketlər və dronlar Ukrayna şəhərlərini hədəfə alır – bunun heç bir izahı yoxdur. Mən həmişə deyirdim ki, o yalnız Ukraynanın bir hissəsini yox, bütövünü istəyir. İndi görünür bu sözlər təsdiqini tapır. Amma əgər bu doğrudursa, bu Rusiyanın sonu ola bilər!

Trampdan Zelenskiyə tənqid: “Öz ölkəsinə zərər verir”

Tramp çıxışında Ukrayna prezidenti Volodimir Zelenskini də hədəf alıb. Onun sözlərinə görə, Zelenskinin bəyanatları Ukrayna üçün “heç bir xeyir vermir”: “Onun hər çıxışı vəziyyəti daha da ağırlaşdırır. Bu, mənim xoşuma gəlmir və belə davam edə bilməz.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər